Bakıda klinikada OLAY: Xəstənin qızı baş həkimi döydü

Bakıda klinikada OLAY: Xəstənin qızı baş həkimi döydü

Paytaxtın Nizami rayonunun Əlif Hacıyev küçəsində yerləşən "Loğman" klinikasında xəstənin qızı ilə heyət üzvləri arasında əlbəyaxa dava düşüb.

Nəticədə klinikanın 1983-cü il təvəllüdlü baş həkimi Şıxıyeva Lika Aydın qızı müxtəlif bədən xəsarətləri alaraq 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

L.Şıxıyeva bildirib ki, günorta saatlarında əməliyyat olunacaq qadının qızı əvvəlcə əlində olan su butulkasını kassada işləyən qızın baş nahiyəsinə vurub. Buna görə də, baş həkim insidentin qarşısını almaq istəyib. Lakin həmin gənc qız baş həkimə də ayaq və yumruq zərbələri endirib. Səbəb isə əməliyyat vaxtının 1 saat gec olması olub.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis bölməsində araşdırma aparılır. (report)

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az