Bakıda oteldə DƏHŞƏT: 4 nəfərdən 2-si öldü - Biri yüksək vəzifəlinin oğludur

Bakıda oteldə DƏHŞƏT: 4 nəfərdən 2-si öldü - Biri yüksək vəzifəlinin oğludur
Bakıda, Səbail rayonunda yerləşən məşhur otellərin birində dəhşətli hadisə baş verib.
Miq.az Bakupost.az-a istinadən xəbər verir ki, oteldə əylənən 4 nəfər kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Əvvəlcə onların qidadan zəhərləndiyi bildirilib. Amma həkimlər bu zəhərlənmədə şübhəli məqamların olduğu istisna etmir.

Vəfat edənlərdən birinin atasının yüksək vəzifədə işlədiyi qeyd edilir.

Sayt sağ qalan şəxslərin adlarını və fotolarını əldə edə bilib. Həmin şəxslərin birinin adı Nicat, digərinin adı isə Xəzərdir. Onlar sinif yoldaşı olub. Nicat Astara Gömrük İdarəsinin əməkdaşıdır. Xəzər isə hərbçidir. Onların vəziyyətinin ağır olduğu bildirilir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az