Gündəlik planın artmasına etiraz edən bir qrup taksi sürücüsü bu gün Nəqliyyat Nazirliyinin qarşısında aksiya keçirdi. Dediklərinə görə, bu səhər “Bakı Taksi MMC”də iclas keçirilib və “keb” sürənlərə deyilib ki, gündəlik plan artırılacaq. Taksi sürücülərinin narazılığı həm də maaş vərəqələrinə imza atıb əməkhaqqı almamalarından idi. Az keçməmiş əraziyə cəlb olunan Post Patrul Xidmətinin əməkdaşları aksiyanı dağıtdı.
“Bakı Taksi” MMC-nin avtodəstə rəisi Rüfət İbrahimov isə sürücülər arasında anlaşılmazlıq yarandığını dedi. Onun sözlərinə görə, gündəlik plan artırılmayıb. Sadəcə sürücülər onlara deyilənləri səhv başa düşüb: “Plan artırılmır, sadəcə 2 növbə olacaq, 36 manatı iki nəfər verəcək. Əslində 8 saat olmalıdır iş saatı. İki nəfər işləyib hərəsinə 18 manat verəcək. Plan qaldırılmayacaq”.
Sürücülərin əməkhaqqı ala bilməmələrinə gəlincə, avtodəstə rəisi deyilənlərin həqiqətə uyğun olmadığını vurğuladı.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?