Azərbaycanda bir neçə saat əvvəldən başlayaraq həm Facebook, həm də Whatsapp istifadəçilərinin şəxsi mesaj qutularına “Baku 2015” Avropa Oyunlarında “təhlükəsizlik tədbirləri” haqqında informasiyalar göndərilməkdədir.
Həmin informasiyada Azərbaycan vətəndaşlarına müraciət edilərək ehtiyatlı olmaları ilə bağlı xəbərdarlıq edilir və bir neçə gün əvvəlki yanğın hadisəsi kimi hadisələrin yenə baş verəcəyi istisna edilmir.
Müraciətdə vətəndaşlara təhlükə anında DİN və MTN-in məlum xidməti nömrələri ilə əlaqə saxlamaq tövsiyə olunur.
“Qafqazinfo” bu “xəbərdarlıq” mesajı ilə bağlı araşdırma aparıb. Məlum olub ki, sözügedən mətn təxminən 23 saat əvvəl Azərbaycan Texniki Universitetinin Facebook səhifəsindən yayılmağa başlayıb. Və onun heç bir rəsmi əsası yoxdur. Hüquq-mühafizə orqanları və müvafiq dövlət qurumları vətəndaşlara belə bir xəbərdarlıq etməyib. Hazırda həmin təxribat xarakterli məlumatın hansı məqsədlərlə insanlara ötürüldüyü haqqında araşdırmalara başlanılıb.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?