Bakıda tramvayların bərpası məsələsi nəzərdən keçirilir

Bakıda tramvayların bərpası məsələsi nəzərdən keçirilir
Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərində tramvay nəqliyyatının bərpa olunması məsələsini nəzərdən keçirir.

Bunu "APA-Economics”ə Komitə sədrinin müşaviri Rüfət Mahmud deyib.
Onun sözlərinə görə, tramvay nəqliyyatının nə zaman bərpa olunacağı barədə nə isə demək hələ tezdir.
"Təbii ki, bu məsələ baxılmaqdadır. Şəhərdə mobilliliyi artırmaq üçün müxtəlif ssenarilərə baxılır, ölçülür, qiymətləndirilir və tramvay potensial olaraq elə nəqliyyat növlərindən biri kimi qiymətləndirilir”, – deyə R. Mahmud qeyd edib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az