Bakıda vulkan püskürdü - Video

Bakıda vulkan püskürdü - Video
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində palçıq vulkanı püskürüb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.

Qeyd olunub ki, hadisə avqustun 11-də yerli vaxtla 09:36-da qeydə alınıb.

Baş vermiş vulkanın stansiyalardan gələn dalğaların gəlmə vaxtı əsasında palçıq vulkanının püskürməsinin aktivləşmə dövrü 05:36, dərinliyi h-3, püskürmənin davamlılığı 5dəq. 12san., püskürmə zamanı ayrılan seysmik enerjisi Е=0.6×107 təyin olunub.

Vulkan Gobu, Nardaran, Gala, Gobustan, Şirvan, Qusar stansiyalarda qeydə alınıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az