Bakıdakı Rusiya səfirliyini silahlı polislər əhatəyə aldı

Bakıdakı Rusiya səfirliyini silahlı polislər əhatəyə aldı

Daxili İşlər Nazirliyi Bakıda təlimlərə başladı. Miq.az xəbər verir ki,  bu gün Bakıdakı Rusiya səfirliyinin ətrafında çox sayda silahlı polis əməkdaşları müşahidə edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov ANS PRESS-in sorğusuna bunun təlimlə əlaqədar olduğunu bildirib. Onun sözlərinə görə, bu gün səhər saat 08 radələrində daxili işlər orqanlarının əməkdaşları Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Diplomatik Nümayəndəliyinin ərazisində əvvəlcədən planlaşdırılmış növbəti xüsusi-taktiki təlim məşqi keçiriblər.

"Ölkəmizdə fəaliyyət göstərən bütün səfirlik və diplomatik nümayəndəliklərin daha etibarlı mühafizəsini təmin etmək və gələcəkdə baş verə biləcək hər hansı xoşagəlməz hadisənin qarşısının operativ şəkildə almaq məqsədilə keçirilən təlim məşqi səfirliyin nümayəndələri də izləyiblər".   
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az