Bakının 4 rayonunda qaz olmayacaq

Bakının 4 rayonunda qaz olmayacaq
Bakı şəhəri Sabunçu, Binəqədi, Səbail və Nərimanov rayonlarınin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
 
"Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Miq.az-a verilən məlumatına görə, buna səbəb yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması, qaz tənzimləyicinin yenisi ilə əvəz edilməsi, istismarı dayandırılmış xətlərin şəbəkədən ayrılması və istehlakçıların qaz təchizatının yaxşılaşdırılmasıdır. Bu məqsədlə iyunun 22-də saat 09:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində, Binəqədi rayonunun 7-8-ci mikrorayonlarında, Səbail rayonunun Bayıl, Badamdar və 20-ci sahə yaşayış massivində, həmçinin Nərimanov rayonunun Azadlıq və Atatürk prospektlərində, Ə.Əliyev, C.Hacibəyli, T.Əliyev küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az