Bakının mərkəzində 2 ha ərazidə söküntü qanunsuzmuş - Foto

Bakının mərkəzində 2 ha ərazidə söküntü qanunsuzmuş - Foto
Binəqədi rayon, Əhməd Rəcəbli 262 ünvanı, "Elit” Ticarət Mərkəzi ilə üzbəüz ərazidə söküntü işləri artıq tamamlanmaq üzrədir.

Axar.az xəbər verir ki, ərazidə yerləşən və əsasən inşaat və tikinti materialları satan obyektlər tam sökülüb.

Söküntü zamanı yalnız Ziya Bünyadov prospekti və Əhməd Rəcəbli küçəsi istiqamətində divarlar qalıb, daxildə işlər tamamlanıb.

Hazırda söküntü yerində ağır texnikanin fəaliyyəti davam edir.

Obyektləri hansı şirkət sökür və ərazidə nə inşa olunacaq?

Binəqədi RİH-dən saytımızın sorğusuna cavab olaraq bildirilib ki, bu, onların səlahiyyətində deyil.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə araşdırma aparıldıqdan sonra cavab veriləcəyi qeyd edilib.

***

Ərazidə aparılan söküntü ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yerdə araşdırma aparıb.

"Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən Binəqədi rayonu, Əhməd Rəcəbli 156 ünvanında 3 may 2024-cü il tarixində şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq nəticəsində təxminən 2 hektar ərazidə qanunsuz olaraq söküntü işlərinin aparılması faktı aşkarlanıb.

Sözügedən ünvanda aparılan işlərin heç bir müvafiq icazəverici sənədləri olmadığından Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tikinti işləri dayandırılıb və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müraciət edilib”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az