"Bandotdel"dən ƏMƏLİYYAT: Saxlanılan var


Bərdədə qətl törədən şəxsin evində silah-sursat aşkarlanılıb.

Bu barədə Miq.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 12-də Bərdə rayon sakini M.Camalovu qətlə yetirməkdə şübhəli bilinən qrupun digər üzvü X.Musazadə saxlanılıb.

Onun Şorəlli kəndindəki evinin həyətindən "AKM” markalı avtomat, 1 ədəd patron darağı və 3 ədəd patron aşkar edilərək götürülüb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az