Baş Qərargah: "Belarus ərazisindən təhlükə qalır" - Son durum

Baş Qərargah:

"Ukrayna xalqının rus hərbi işğalına qarşı qəhrəmancasına müqavimətinin 153-cü günü başlayıb. Volın və Poliske istiqamətlərində Belarus Silahlı Qüvvələrində idarəetmə məntəqələrinin əlaqəsi üzrə təlim keçirilib. Bu ölkə ərazisindən Volın vilayətinin Lutsk və Kovel şəhərləri istiqamətində operativ-taktiki səviyyəli PUA-lar tərəfindən hava kəşfiyyatı aparılır. Belarus ərazisindən və hava məkanından raket və hava zərbələri təhlükəsi qalmaqdadır”.

Miq.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının səhər saatlarına olan məlumatında bildirilir.

Qeyd olunur ki, Severski istiqamətində düşmən Çerniqov vilayətinin Xrinivka və Sumı vilayətinin Tovstodubovo rayonlarını lüləli və reaktiv artilleriyadan atəşə tutub.

Slobozansk istiqamətində düşmən işğal olunmuş xətləri saxlamaq və qoşunlarımızın irəliləməsinin qarşısını almaq məqsədi ilə döyüş əməliyyatları aparır.

Xarkov istiqamətində Borşçeva, Pıtomnik, Sosnivka, Ruski Tışki, Petrivka, Dementivka, Rubijne, Duvanka, Mospanove, Ruska Lozova, Çuqiv, Klugino yaşayış məntəqələri tank və raket artilleriyasından atəşə tutulub. Başkyrivka, Svitlycne, Prişibvə Slatine hücuma məruz qalıb, Zalıman və Mospanovoy yaxınlığına hava zərbələri endirilib.

Donetsk istiqamətində düşmən əsas səylərini taktiki mövqeni yaxşılaşdırmağa və Siversk və Soledar şəhərlərinə hücum üçün şərait yaratmağa cəmləşdirir. Düşmən bölmələri döyüş sursatı və yanacaq-sürtkü materialları ehtiyatlarını artırır.

Kramatorsk istiqamətində isə Kryvya Luka, Zakitnı, Dronivka, Hryhorivka, Verxnyokamyanski, Zvanivka, Spirnı və Pereiznı yaxınlığında reaktiv artilleriyadan atışma qeydə alınıb. Düşmən Spirnı və Serebryanka yaxınlığında hava hücumlarına başlayıb.

Baxmut istiqamətində düşmən Berestov, Biloqorivka, Yakovlivka, Soledar, Baxmutske, Pokrovske, Kostyantynivka, Vesela Dolyna, Zaitseve, Verşin, Semihirya, Kodema, Travneve, Mayorsk yaşayış məntəqələrinin ərazilərini atəşə tutur. Ruslar Soledar, Veselaya Dolyna və Vuqleqirska İES ərazisi yaxınlığında hava zərbələri endirib.

Qara dənizin sularında, baza məntəqələrindən kənarda, "Kalibr” tipli qanadlı raketlərin iki daşıyıcısı var. Hələ də Ukraynanın mühüm infrastruktur obyektlərinə raket zərbələri endirmək təhlükəsi qalır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az