Başçının töhmət aldığı olay rəsmi səhifədə qalır – Foto

Başçının töhmət aldığı olay rəsmi səhifədə qalır – Foto

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı nahid bağırovun töhmət alması ilə bağlı sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, başçıya töhmət karantin qaydalarını pozduğuna görə verilib.

Maraqlıdır ki, N.Bağırovun karantin qaydalarını pozduğunu əks etdirən fotoları hələ də İsmayıllı Rayon İcra hakimiyyətinin rəsmi səhifəsində qalmaqdadır.

Qeyd edək ki, Nahid Bağırovun rәhbәrliyi ilә turizm sahəsi üzrə bir qrup sahibkar Qalacıq kәndindә yerləşən Qovğadar dağına sәyahәt edib, orada ekoturizm imkanlarını tədqiq ediblər. Səhayət zamanı karantin rejiminin pozulması isə başçının töhmət almasına səbəb olub.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az