Başıma iş gəlsə, bunun məsulu Məhəmmədəlidir

Başıma iş gəlsə, bunun məsulu Məhəmmədəlidir

Nuşirəvan Kazımov kömək gözləyir

İmişli Rayon  Boşçalılar kənd sakini  1954-cü il təvəllüdlü  Kazımov Nuşirəvan Kazım oğlu “Vətəinfo.az” saytının redaksiyasına gələrək, 4 ay bundan öncə İmişli Rayon Tibbi Sosial Ekspertiza Komisiyasının sədri Məhəmmədəli ibrahimovun yanına gredərək gəlininin əlillik dərəcəsinin verilməsi ilə bağlı müraciət etdiyini bildirdi. Onun sözlərinə görə, M.İbrahimov işin düzələcəyini bildirib:

“Məndən gəlinimin əlillik dərəcəsi verilməsi üçün  500 manat AZN tələb etdi.Üzərimdə 400 manat AZN olduğundan həmin pulu Məhəmmədəli İbrahimova verdim.Mənə əlavə olaraq 100 manat AZN gətirməyimidə bildirdi. Bir həftə sonra mən yenidən Məhəmmədəli İbrahimovun yanına gedərək 100 manat AZN-i gətirə bilməyəcəyimi bildirdim. O isə işin alınmayacağını dedi. O zaman verdiyim 400 manat AZN-i geri qaytarmasın tələb elədim. Məhəmmədəli İbrahimov bildidirdi ki, kimin yanında mənə 400 manat vermisən. Hətta məni təhqir edərək “mənə böhtan atırsan səni tutduraram”dedi. Belə olduqda nə edəcəyimi bilmədim və ona dedim ki, mən pulu sənə burda, sənin kabinetində ikilikdə vermişəm.  İndi isə danırsan.o pulu necə yeyə bilərsən dedim və pulumu geri qaytarmayacağı təqdirdə hüquq-mühafizə orqanlarına, və mətbuata müraciət edəcəyimi dedim. Mənə istədiyin yerə get şikəayət elə cavabın verdi”. Nuşirəvan Kazımov onuda bildirdi ki, artıq Məhəmmədəli İbrahimovla bağlı “Vətəninfo.az” saytında verdiyi məlumatdan sonra özünə yaxın olan adamlar vasistəsi ilə  ona hədə-qorxu gəldiyini qeyd etdi.

“Mənim bir istəyim var, ya pulumu qaytarsın. Yada işimi yoluna qoysun. Ümumiyyətlə gəlinimin sənədlərində hər hansı bir problem yoxdu və ona əlillik dərəcəsinin verilməsi qanunidir. Sadəcə olaraq Məhəmmədəli İbrahimov bildirdi ki,  pul verməsən əlillik düşsə belə   ona əlillik dərəcəsi verməyəcək. Indi ümidim hüquq-mühafizə orqanlarına və sizədi. Çün ki, onun bu addımı məni yenidən sizə müraciət etməyə vadar edir. Çün ki, məni hədələyir.Əgər mənim başıma bir iş gələsi olsa. Bunun məsuliyyəti bir-başa Məhəmmədəli İbrahimovla bağlı olacaqdır”. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az