Bayramda Bakıda yol qəzaları - Rəsmi

Bayramda Bakıda yol qəzaları - Rəsmi

Novruz bayramı günlərində Bakıda 6 yol-nəqliyyat hadisəsi baş verib.
 
Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, 19 və 20 mart tarixlərində baş verən yol-nəqliyyat hadisələrində ölüm və xəsarət qeydə alınmayıb. Onun sözlərinə görə, qəzalar yüngül maddi zərərlə nəticələnib.
 
V.Əsədov əlavə edib ki, yollarda təhlükəsizliyin təmin edilməsi üçün polis əməkdaşları gücləndirilmiş iş rejimi ilə xidməti davam etdirir.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az