600 kq qarpız-yemiş satışdan çıxarıldı
Vətəninfo.az Lent.az-a istinadla xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət
Fitosanitar Nəzarəti Xidmətinin Respublika Nəzarət-Toksikologiya
Laboratoriyasının rəhbəri Yaqub İbrahimov deyib.
Y.
İbrahimovun sözlərinə görə, mövsümlə əlaqədar bazarlarda satılan yemiş
və qarpızlarda gübrələrin miqdarının yoxlanılması tədbirləri davam
etdirilir. Tərkibində nitratın miqdarı yüksək olan qarpız, yemiş
bitkiləri artıq satışdan çıxarılıb: " Bakıda yerləşən bazar və pərakəndə
satış obyektlərində yoxlama aparmışıq. Tərkibində nitrat miqdarı çox
olan qarpız, yemişlər satışdan çıxarılıb. Yoxlama prosesini bölgələrdə
davam etdirməyi də planlaşdırırıq”.
Yol
kənarlarında satılan qarpız, yemişləri almaq isə doğru deyil. Y.
İbrahimov bu bitkilərin yoxlanmadığını deyib: " İnsanlar doğru olmasa
da, daha çox yol kənarlarındakı qarpız, yemişləri alıb yeyirlər. Biz
əsasən iri bazar və pərakəndə satış obyektlərində yoxlama apardığımız
üçün yol kənarlarında satılan qarpız, yemişlərə görə məsuliyyət
daşımırıq. Ancaq bu problemin həlli üçün gələcəkdə qarpız, yemiş
bitkilərinin birbaşa sahədə yoxlanması üçün səyyar laboratoriyaların
təşkili nəzərdə tutulur ”.
Qarpız yemək üçün
avqust ayını gözləməyi məsləhət görən Y. İbrahimovun sözlərinə görə,
iyul ayının sonu, avqust ayının əvvəlində qarpızın tərkibindəki nitratın
miqdarın normaya uyğun olduğu üçün onu rahatlıqla yemək olar.