BBC-dən Türkiyəni qəzəbləndirən skandal çevriliş analizi - "Ən böyük səhv tez bir zamanda Ərdoğanı öldürməmək idi"

BBC-dən Türkiyəni qəzəbləndirən skandal çevriliş analizi -

İngiltərənin dövlət televiziyası BBC-də Türkiyədəki  dövlət çevrilişi  cəhdindən danışılarkən "Çevrilişçilərin  etdiyi ən dəhşətli səhv Ərdoğanı öldürməmək idi" şəklində skandal bir analizə yer verilib.

Avropa.info  xəbər verir ki, bundan əvvəl də  Türkiyəni qarışdırmaq üçün məzhəb qarşıdurmasını qızışdıran BBC, bu dəfə birbaşa prezident Ərdoğanı hədəfə götürüb.

BBC-də Türkiyədəki  çevriliş cəhdini analiz edən  Sky News diplomatiya redaktoru Tim Marshall çevriliş edənlərin ən böyük  səhvinin Ərdoğanı öldürməmək olduğunu deyib.

"Çevrilişçilərin etmələri lazım olan iş  tez bir zamanda ya Ərdoğanı öldürmək, ya da həbs etmək idi. Çevriliş edənlərin etdiyi şeylərin çoxu doğrudur, çevriliş  cəhdi etməklə  düzgün addım atıblar" deyən Tim Marshall hərbi xunta qurmaq istəyənləri dəstəkləməklə skandala imza atıb.

BBC-nin efirində yayımlanan bu proqrama Türkiyədən cavab gecikməyib. Müdafiə naziri Fikri İşıq İngiltərə müdafiə naziri  Michael Fallona öz etirazını çatdırıb. İşıq BBC-nin FETO terror təşkilatının törətməyə çalışdığı dövlət çevrilişi cəhdini dəstəklədiyinə görə, kədərləndiklərini ingiltərəli həmkarının diqqətinə çatdırıb.

İngiltərə Müdafiə naziri Michael Fallon isə  dövlət çevrilişi cəhdinin qarşısının alınmasını məmmuniyyətlə qarşıladıqlarını deyib.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az