Bəhram Bağırzadədən Hacıbala Abutalıbova ismarış - “Heç bir qohumuma vəzifə…”
Tanınmış aktyor Bəhram Bağırzadə televiziya kanallarının birində yayımlanan verilişdə qonaq olub. Qonaq olduğu verilişdə jurnalistlərin suallarını cavablandıran aktyor maraqlı məqamlara toxunub
Miq.az cebhe.info-ya istinadən xəbər verir ki, "Bakı meri olsaydınız, nəyi dəyişərdiniz?” sualına cavab verən Bəhram Bağırzadə Hacıbala Abutalıbova ismarış göndərib:
"Mən Bakı meri olsam, hərçənd ki, bu mümkün deyil, amma mən heç bir qohum -əqrəbanı vəzifəyə gətirməzdim. Nə KVN yoldaşlarımı, nə qohumlarımı, nə də dostlarımı vəzifəyə gətirərdim. Ancaq vəzifəyə işini bilən peşəkar kadrları gətirərdim ki, işləsinlər".
Miq.az