Belarusiyada Azərbaycanlı şairin imza günü keçiriləcək
Belarus Respublikasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc şair Məhəmməd Turanın yeni işıq üzü görmüş "GÜZGÜ QIRIQLARI" adlı şeirlər kitabının təqdimat mərasimi keçiriləcək.
Tədbir martın 6-da saat 11:00-da Belarus Dövlət Pedaqoji Universitetində baş tutacaq.
Sözügedən kitabda gənc şairin son illərdə qələmə aldığı şeirləri yer alıb. Eyni zamanda kitabdakı poeziya nümunələri həm Azərbaycan dilində həm də Rus dilində təqdim olunur.
Vurğulayaq ki, bu kitab müəllifin oxucularla sayca ikinci görüşüdür.
Miq.Az