Bərdədə ÖLÜM “tras”ı - İcra başçısı hara baxır?

Bərdədə ÖLÜM “tras”ı - İcra başçısı hara baxır?

Burada tez-tez ölümlə nəticələnən yol qəzaları baş verdiyindən əhali narahatdır

Dünən bir qrup Bərdə sakini Miq.az-ın redaksiyasına şikayət məktubu ünvanlayıb. 

Miq.az-a daxil olan məktubda söhbət Bərdə şəhərinə bitişik Şorəlli və Divanlı yaşayış məntəqələrindən keçən avtomagistral xəttin təhlükəli qəzalar üçün ölüm yoluna çevrilməsindən gedir. İki yaşayış məntəqəsinin arasından keçən mağistral yolun işarələnmiş piyada xətti olsa da əksər sürücülər buna əhəmiyyət vermirlər.
Yaxınlarda ölümlə nəticələnən iki hadisə yerli əhalini xüsusilə narahat etməyə başlayıb.

Şıkayətçilər Miq.az-a yazır ki, Şörəlli qəsəbəsində təndir çörəyi bişirən xanım axşamçağı işdən çıxıb, yolun Divanlı tərəfinə keçib, evinə gedərkən yüksək sürətlə hərəkət edən avtomobilin ağır zərbəsindən canını qurtara bilməyib. Nəticədə hadisə ölümlə nəticələnib.

Az sonra həmin ərazidən sürətlə keçən NAZ LİFAN markalı avtomobildə axşam saat 11 radələrində yolun sağ və sol hissələrini ayıran dəmir cağlara özünü çırpıb. Zərbədən dəmir cağlarin 5-6 dirəyi qırılıb. Dəmiri isə avtomobilin qabaq şüşəsindən yuxarı istiqamətlənərək maşının ön tərəfini , qapılarını parçalayıb. Güclü zərbənin təsirindən maşının yastığı açılıb. Yenə hadisə faciə ilə bitib. Avtomobildəki Tərtər rayon sakinlərindən dördündən biri həyatını itirib. Digər üç nəfər isə ağır bədən xəsarətlərilə xəstəxanaya çatdırılıb. 

Sakinlər hesab edirlər ki, bu tip hadisələrin qarşısının alınması üçün tədbirlər görülməlidir. Yolun bu hissəsində piyada- avtomobil hərəkətlərini tənzimləmək üçün işıqfor qoyulmalıdır. Avtomobillərin sürət həddini nəzarətdə saxlamaq üçün müşahidə kameraları yerləşdirilməlidir.

Təəssüflə qeyd etmək lazımdır ki, ölümlə nəticələnən yol qəza hadisələri nə İcra hakimiyyəti orqanlarını, nə də birbaşa aidiyyatı təşkilatları maraqlandırmır. Ümid edək ki, əlaqədar təşkilatlar sakinlərin həyatına təhlükə yaradacaq halların aradan qaldırılmasında hərəkətə keçəcək. Ərazidə hərəkətin təhlükəsizliyi üçün işıqforun quraşdırılmasını təmin edəcəkdir.

Miq.az-dan: Hörmətli oxucular! Hər biriniz şikayət və məktublarınızı redaksiyamızın elektron ünvanına ([email protected] email adresinə) göndərə bilərsiniz. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az