Berlində polislə fəalların toqquşması: xəsarət alanlar var

Berlində polislə fəalların toqquşması: xəsarət alanlar var
Ötən gecə Almaniyanın paytaxtı Berlində solçu fəallarla qarşıdurmada bir neçə polis əməkdaşı xəsarət alıb.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, asayiş pozucularının və xəsarət almış mülki şəxslərin dəqiq sayı açıqlanmır.

2 minə yaxın fəal Fridrixshayn rayonunda "alternativ yaşayış layihəsi” adı altında köçürülməyə qarşı nümayiş keçiriblər. Söhbət boş sahələrin qanunsuz zəbt edilməsindən gedir.

KİV-in məlumatına əsasən, nümayiş əvvəlcə sakit keçib, lakin sonra radikal əhvali-ruhiyyəli bir qrup iştirakçı polisə daş və butulka atıb. Nəticədə bir çox evlərin şüşələri sınıb, bir neçə polis maşınına ziyan dəyib.

Polis gözyaşardıcı qazdan istifadəyə məcbur olub.


Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az