Bəşəriyyətin sonu haqda qorxunc PROQNOZ

Bəşəriyyətin sonu haqda qorxunc PROQNOZ
Kanada alimləri bəşəriyyətin sonu haqda proqnoz veriblər.

 Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, alimlərin hazırladığı hesabatda bəşəriyyətin məhv olma şansının 2290-cı il üçün 50%, 2710-cu il üçün isə 95% gerçəkləşmə ehtimalı var.
 
Onlar bildirir ki, genetik texnologiyalar sayəsində insanların IQ səviyyəsinin artacağını və bununla paralel risklərin də artacağını deyiblər.
 
Yer Kürəsinin sonu haqda nəzəriyyəyə əsaslanan kanadalılar 3000-ci ilə qədər Yerdə həyatın məhv olacağını söyləyir. Amma əlavə edirlər ki, insanlar başqa planetlərdə məskunlaşmağa və nəhəng orbital kosmik stansiyalar inşa etməyi öyrənsələr bəşəriyyətin məhv olma ehtimalı kəskin azalacaq.
 
Məşhur ingilis Stiven Hoakinq bəşəriyyətin yaşaması üçün başqa planetlərdə koloniyalar yaratmasının əsas olduğunu demişdi. O, yaxın 100 il ərzində Marsda insan məskənlərinin salınacağını da söyləyib.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az