Vətəninfo.az-a Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən daxil olan məlumatda qeyd edilir ki, dünyanı narahat edən problemlər və onların həll yolları aprelin 30-da Bakıda beynəlxalq təşkilatların rəhbərlərinin toplantısında müzakirə ediləcək. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Dünya Elm və İncəsənət Akademiyasının təşkilatçılığı ilə “İnsan potensialnın inkişafı sahəsində yeni paradiqma” adı altında konsorsium tərəfdaşları üçün keçiriləcək hazırlıq toplantısında Madrid Klubu, Roma Klubu, İsgəndəriyyə Kitabxanası, Beynəlxalq Yaşıl Xaç Cəmiyyəti, Ümumdünya Gələcək Fondu, Mədəni Diplomatiya Akademiyası kimi təşkilatların rəhbərləri iştirak edəcək.
Hazırlıq toplantısının məqsədi, bəşəriyyətin qarşılaşdığı əsas problemlərin həlli üçün yeni paradiqmanın hazırlanması, bərabər inkişaf, iqtisadiyyat, ekologiya, dövlətçilik, beynəlxalq hüquq, sülh, təhlükəsizlik kimi anlayışları əhatə edən əməkdaşlıqda maraqlı olan həmfikir təşkilatları bir araya toplamaqdır.
Toplantıda, bu istiqamətdə aparılacaq tədqiqatlar üçün yanaşma və məqsədlər, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlıq çərçivəsində 2014-cü ilin noyabrında Bakıda keçiriləcək böyük beynəlxalq konfransın gündəliyi, atılacaq addımlar müəyyənləşdiriləcək, digər potensial tərəfdaşların tanınması kimi məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, toplantı Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən II Qlobal Müştərək Cəmiyyətlər Forumu çərçivəsində baş tutacaq.
Vətəninfo.az
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Ramiz Mehdiyev və Əli Həsənovun xalqdan oğurladıqları geri qaytarılacaqmı?”
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat