Bilgəhdə bu malikanəni 21 milyon manata satışa çıxardılar - FOTO

Bilgəhdə bu malikanəni 21 milyon manata satışa çıxardılar - FOTO
Bakının Bilgəh qəsəbəsində, Mir Cəlal Paşayev küçəsində yerləşən nəhəng malikanə daşınmaz əmlak alqı-satqısı üzrə elan saytlarından birində satışa çıxarılıb.
 
Lakin bu barədə xəbər online KİV-lərdə yayılandan sonra həmin elan silinib.Virtualaz.org xəbər verir ki, elana əsasən malikanə 160 hektar ərazidə inşa olunub və 2 mərtəbəlidir. Klassik üslubda inşa edilib, ümumi sahəsi 2 min kvadratmetrdən çoxdur. Yaşayış sahəsi tamamilə eksklüziv dizayn mebelləri, lampalar, qablar, rəsmlər və sair ilə təchiz olunub.
Malikanənin həyətyanı sahəsində meyvə və bəzək ağaclardan ibarət böyük bağ salınıb.
Tikili hökumət igamətgahları və villaları arasında yerləşir.
Bu mülkün satışı ilə bağlı elan bir neçə gün əvvəldən bina.az saytında yerləşdirilib.
Elanda qeyd edilib ki, igamətgahı almaq istəyən şəxslərin məxfiliyi tam qorunacaq.
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az