Vətəninfo.az xəbər verir ki, gecə saatlarında Bakının Yasamal rayonunda yerləşən yaşayış binasında yanğın baş verib. APA-nın məlumatına görə, hadisə Kərim Kərimzadə küçəsində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə dəstələri, təcili yardım briqadaları və polis əməkdaşları cəlb edilib. Sakinlərin sözlərinə görə yanğından əvvəl partlayış səsi də eşidilib. Binada yaşayan sakinlər təcili təxliyə olunub. Yanğın zamanı binaya elektrik enerjisinin verilişi də dayandırılıb.
17 mərtəbəli binanın 14-cü mərtəbəsində yerləşən elektrik şitində başlayan yanğın qısa zaman ərzində şiddətlənərək şaxtadan keçən bütün elektrik naqillərini və elektrik sayğaclarını əhatə edib. Sakinlərin sözlərinə görə baş verən partlayışdan sonra binanın bütün bloklarını tüstü bürüyüb. Buna görə də sakinlər binanı tərk etməkdə çətinlik çəkiblər. Yanğın zamanı xəsarət alan olmasa da, mənzillərdə köməksiz qalan 10 nəfər xilas edilib. Bundan başqa, xilasedicilər 5-ci mərtəbədəki mənzillərdən birində boğulma təhlükəsi ilə üzləşən balaca Yusifi də xilas edərək valideyinlərinə təhvil veriblər. Yanğınsöndürənlər alovun mənzillərə keçməsinin qarşısını alıblar. Hadisə yerinə Dövlət Yanğın Nəzarət Xidmətinin tətqiqat qrupu cəlb olunub və araşdırmalara başlanılıb. İlkin ehtimala görə, hadisə elektrik naqillərində yaranan qısaqapanma nəticəsində baş verib.
Vətəninfo.az
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT