Binəqədidə milyonlar hesabına tikilən təpələr niyə sökülür? — FOTOLAR

Binəqədidə milyonlar hesabına tikilən təpələr niyə sökülür? — FOTOLAR
Bir neçə gündür Binəqədi rayonu ərazisində - Bakı-Sumqayıt yolunun kənarlarında salınmış süni təpəciklər sökülür

Bir neçə il əvvəl bu təpəciklərin salınmasına dövlət büdcəsindən milyonlar xərclənmişdi. İndi də söküntü işləri büdcə vəsaitləri hesabına həyata keçirilir. Maraqlıdır, niyə tikmişdilər, niyə sökürlər?

Görəsən bu işə cavabdeh rəsmilər daha yuxarı orqanların qarşısında bu suala cavab veriblərmi...

Havaya sovrulan milyonlar, sadə vətəndaşların ciblərinə girən məmurlar görəsən öz-özlərinə hesabat verirlərmi...Bu gün paytaxt Bakımızın ən bahalı ərazilərindən biri hesab olunan, Binəqədi rayonu ərazisindəki 
"Yaşıl təpə"lər niyə düzəldilmişdi, niyə sökülür? Belə bir addımın atılması onu da söyləməyə əsas verir ki, Binəqədi rayonuna rəhbərlik edən Xaləddin İsgəndərovun sayəsində  hələ çox "TƏPƏ"lər söküləcək. O təpələr ki, havayı vaxt və pullar xərclənib ora.
Bu da bir həqiqətdir ki, ətraf mühitin mühafizəsi, onun qorunmasının təşkili, bir sözlə ekoloji tarazlığın təminatı, hər zaman aktuallıq kəsb edən mövzulardan biri olub. Amma dediyimiz bu təmizlik və yaraşıqlı yaşıllıqla Binəqədidə sökülən təpələrin heç bir əlaqəsi yoxdur...Nə əvvəl, nə də indi...









Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az