“Bir Dünya İstəyirəm” təqdim olundu

“Bir Dünya İstəyirəm” təqdim olundu

Qənirə Paşayeva və Tünzalə Ağayeva “Bir Dünya İstəyirəm” təqdim etdilər

“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin dəstəyi və təşkilatçılığı ilə sözləri millət vəkili Qənirə Paşayevaya, musiqisi Əməkdar Artist Tünzalə Ağayevaya aid olan “Bir Dünya istəyirəm” adlı mahnının və klipin təqdimatı keçirilib. Mahnıda “Noğullar” uşaq vokal qrupu da iştirak edir. “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin dəstəyi ilə çəkilən klipin rejissoru Ülviyyə Könül, modelyer-stilisti Gülnarə Xəlilovadır.

Klipi mətbuat nümayəndələrinə təqdim etməzdən öncə Tünzalə Ağayeva bildirib ki,  bu layihənin 20 Yanvar  faciəsinin 23-cü ildönümündə təqdim olunması təsadüfü deyil.  Bu klip müstəqilliyimiz, azadlığımız uğrunda şəhid olmuş insanlarımız, Ermənistanın torpaqlarımızı işğalı zamanı  Xocalıda, Qaradağlıda, Bağanıs Ayrımda soyqırıma məruz qalan uşaqların əziz xatirəsinə bir ithafdır. “Bu mahnı, insan oğlunun öz əli ilə törətdiyi bəlaların fərqinə varsın, düşünsün deyə hayqırışdı,  övladlarımızın sevgi, hüzur dolu bir dünyada yaşamaq istəyinin bir ifadəsidir, Rəbbimizə bir duadır”.

Müğənni bildirib ki,  klip geniş tamaşaçı auditoriyası üçün təqdim ediləcək. Onun sözlərinə görə, klip hansı ölkədə təqdim edilərsə, mahnının sözləri həmin dildə subtitrlər vasitəsi ilə tərcüməsi əlavə ediləcək.

Klipə baxışdan sonra çıxış edən Qənirə Paşayeva bildirib ki, 20 Yanvar Faciəsinin 23-cü  ildönümü  ərəfəsində təqdim olunan  “Bir Dunya İstəyirəm” layihəsi Vətən uğrunda şəhid olan insanlarımızın, Ermənistanın torpaqlarımızı işğalı zamanı törətdiyi Xocalı, Qaradağlı, Bağanıs Ayrım da daxil olmaqla dünyada bu günümüzdə də davam edən soyqırımların, savaşların, təcavüzlərin, terrorun, onların doğurduğu   fəlakətlərin,  aclıqların  qurbanı olan milyonlarla  uşaqların,  körpələrin Əziz Xatirəsinə bir İthafdir. Onun sözlərinə görə layihəni təqdim etməkdə  məqsəd  dünyada baş verən faciələr zamanı uşaqların daha çox əzab çəkdiyini göstərməkdir: "Dünyada savaşlar, zorakılıqlar, gərginliklər, ailədaxili şiddət, qadına  şiddət getdikcə təssüf ki,  daha da artır.  Təbiəti öz əlimizlə məhv etməyin nəticəsidir ki, çoxlu təbii fəlakətlər baş verir. Savaşlardan, gərginliklərdən,  ailədaxili zorakılığın  artmasından ən çox əziyyət çəkən körpələr, uşaqlar olur. Bu layihə 20 Yanvar hadisələrin 23-cü ildönümü ərəfəsində təqdim olunur. Çünki  bizim yüzlərlə azyaşlı soydaşımız həmin hadisələrdə valideynlərini, atasını və ya anasını itirdi. 20 Yanvarda neçə-neçə uşaq gözü yaşlı qaldı. Eləcə də Xocalı, Qaradağ, Bağanıs-Ayrım soyqırımlarında çoxlu sayda körpələrimiz bu soyqırımların qurbanı oldu. Ermənistanın torpaqlarımızı işğalı zamanı  minlərlə uşaqlar köçkün həyatı yaşamağa məcbur oldu. Bütün dünyada  insanların böyük  xətalarının  bədəlini uşaqlar ödəyir. Bu mahnıda, klipdə də məqsəd dünyanın hər  yerində uşaqların yaşadığı faciəni onların öz dilindən çatdırmaqdır. Bu layihə də uşaqların bütün bu faciələrə etirazı, daha gözəl bir dünya üçün çağırışıdır.  Bu mahnı, insan oglu öz əli ilə törətdiyi bəlaların fərqinə varsın, düşünsün deyə bir hayqırışdı, övladlarımızın sevgi, huzur dolu bir dunyada yaşamaq istəyinin bir ifadəsidir, Rəbbimizə bir Duadır.  Bu layihənin dünyanın bir çox ölkələrində təqdim edilməsi nəzərdə tutulur”.

Klipin rejissoru Ülviyə Könül çəkiliş prosesinbdə ən çətin işin material toplamaq olduğunu deyib:  “Material toplamaq üçün müxtəlif faciələri əks etdirən videolara baxdım. İnsanı dəhşətə gətirən kadrlar gördüm. Bütün faciələri, ağrıları 4 dəqiqəlik klipə sığdırmaq mümkün deyil, amma bacardığımız qədər əks etdirməyə çalışmışıq”.

Klipdə Xocalı, 20 Yanvar hadisələri, erməni işğalı nəticəsində qaçqın düşən uşaqlarımızın  görüntüləri olmaqla bərabər, həmçinin  Bosniyada və dünyanın müxtəlif bölgələrində soyqırım qurbanı olan uşaqlar, dünyanın müxtəlif bölgələrində müharibə və  terror qurbanı olan uşaqlar,  Afrikada və dünyanın fərqli bölgələrində aclıqdan əziyyət çəkən körpələr, ailədaxili çiddətdən əziyyət çəkən “Noğullar” uşaq vokal qrupunun rəhbəri Natiq Qəzənfəroğlu da uşaqların mahnını bəyəndiyini və onların üzərinə düşən işin öhdəsindən gəldiklərini dedi.

Modelyer-stilist Gülnarə Xəlilova bildirib ki, bu cür sosial və tərbiyəvi əhəmiyyətli  layihələrin  hazırlanması və kliplərin çəkilməyi çox yaxşı haldır.

Veteninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az