Bir sıra rayonların internet təchizatında müəyyən fasilələr yaranacaq

Bir sıra rayonların internet təchizatında müəyyən fasilələr yaranacaq
Regionlarda sürətli və keyfiyyətli internet xidmətlərinin təmin edilməsi üçün  işlər davam etdirilir.

Miq.az  xəbər verir ki, "Aztelekom” MMC "aztelekom.net” internet provayderinin resurslarının çatışmazlığının aradan qaldırılması, sürətli və keyfiyyətli internet xidmətlərinin təmin edilməsi məqsədilə həyata keçirdiyi layihə üzrə işlər aparır. 
Layihəyə əsasən, şəbəkə infrastrukturunun yenilənməsi və ötürmə qabiliyyətinin yüksəldilməsi üçün daha müasir avadanlıqlar quraşdırılır. 
Sabahdan etibarən Abşeron, Ağdam, Ağsu, Balakən, Cəlilabad, Sumqayıt, Şirvan, Füzuli, Gəncə, Göyçay, Hacıqabul, Kürdəmir, Tərtər, Zaqatala, Lənkəran, Lerik, Masallı, Mingəçevir, Naftalan, Ucar, Daşkəsən, Neftçala, Qax, Qazax, Qobustan, Quba, Xaçmaz, Qusar, Salyan, Samux, Şamaxı, Şəki, Yardımlı rayonları üzrə  işlər aparılacaq. 
Texniki yenilənmə işləri ilə əlaqədar 15 avqust saat  02:00-dan  08:00-dək qeyd olunan rayonlarda internet təchizatında müəyyən fasilələr yarana bilər.


Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az