Bölgədə qorxunc gəlişmə: “ABŞ-ın hərbi sirləri Putinin əlinə keçəcək”

Bölgədə qorxunc gəlişmə: “ABŞ-ın hərbi sirləri Putinin əlinə keçəcək”
Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alması ABŞ-a ciddi problemlər yaradacaq”.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransada nəşr olunan "Le Monde” qəzeti yazıb.
Qəzet qeyd edib ki, S-400-lərin Türkiyədə yerləşdirilməsi, bu ölkədə həmin sistemlərin dislokasiya işləri ilə məşğul olan rus hərbi mütəxəssislərinə Ankarada olan "F-35” qırıcılarının hərbi-texniki sirlərinin ələ keçirməsinə imkan yaradacaq:
"ABŞ bunun qarşısını almaq üçün "F-35”-lərə uzaq məsafədən nəzarət etməyə çalışacaq. Digər yandan, türk-rus anlaşması Rusiyanın bir NATO ölkəsində öz mövqeyini gücləndirməsi mənasını verir”.
"Le Monde” yazır ki, Türkiyənin ABŞ-ın hədələrini nəzərə almayaraq, Rusiyadan uzaqmənzilli raket sistemləri alması, prezidentlər Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasındakı şəxsi münasibətlərdən qaynaqlanır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az