Bölgədə şok gəlişmə - ABŞ-ın dəstəklədiyi prosesdə Azərbaycan detalı

Bölgədə şok gəlişmə - ABŞ-ın dəstəklədiyi prosesdə Azərbaycan detalı

İsrail-Türkiyə əlaqələrinin normallaşması, Şərqi Aralıq dənizi qazı ilə bağlı gəlişmələr Ankara-Vaşinqton yaxınlaşmasını gücləndirir.

Teleqraf.com xəbər verir ki, Türkiyə parlamentinin komitə sədri Ziya Altunyaldız ABŞ-ın Şərqi Aralıq dənizi qazının Türkiyə üzərindən Avropaya nəqlini dəstəklədiyini bildirib.

"Türkiyənin TAP və TANAP-da etdiyi kimi, yəni Azərbaycanın təbii qazının Avropaya tranziti modelini Şərqi Aralıq dənizində tətbiq etməklə, bölgədən çıxarılan qaz və nefti Avropaya ötürəcək layihəni ABŞ-ın dəstəklədiyi struktura çevirə bilərik”, - Altunyıldız bildirib.

O, bu məqsədlə ABŞ-a getdiklərini də deyib:

"Keçən ay ABŞ-a beş günlük səfər etdik. Hazırkı ticarət həcmini 28 milyard dollardan 100 milyarda çatdırmaq üçün mühüm məsələləri müzakirə etdik. Xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda dünyanın enerji asılılığının ortaya çıxardığı problemlər var. ABŞ, Türkiyə və Avropanın layihələrdə birlikdə çalışaraq enerji mənbələrinin və ölkələrin müxtəlifliyinin təmin edilməsi kimi çox aydın gəlişmələr var. ABŞ-ın buna dəstək verməyə hazır olduğunu gördük”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az