BMT Təhlükəsizlik Şurası İranla bağlı qətnamə qəbul edib

BMT Təhlükəsizlik Şurası İranla bağlı qətnamə qəbul edib
BMT Təhlükəsizlik Şurası Tehran və "altılıq” arasında İranın nüvə proqramına dair əldə olunan sazişi dəstəkləyən qətnamə qəbul edib.
Vətəninfo.az məlumat verir ki, APA-nın "Röyters” agentliyinə istinadən verdiyi xəbərə görə, sənəd Tehranın üzərinə götürdüyü öhdəliklərin icra olunduğu Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tərəfindən təsdiq edildikdən  sonra  BMT Təhlükəsizlik Şurasının xətti ilə İrana qarşı tətbiq edilmiş sanksiyaların tam ləğv olunmasını nəzərdə tutur.   

 Sənəddə qeyd olunur ki,  BMT Təhlükəsizlik Şurası İran məsələsinin baxılmasını sazişin qüvvəyə minməsindən 10 il sonra dayandıracaq. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az