Borçalılar Şəhidlər Xiyabanını ziyarət etdilər

Borçalılar Şəhidlər Xiyabanını ziyarət etdilər

20 yanvar saat 12.00-da Bakıda, Gürcüstan Türkləri Konfederasiyası (GTK), Gürcüstan Azərbaycanlılarının Milli Assambleyası (GAMA) və Borçalı Gənc Türklər İttifaqı (BGTİ) Şəhidlər Xiyabanına 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuz Ziyarət Yürüşü təşkil edib. Bu barədə mətbuata GTK1-ci Vitse-prezidenti İsrail Məhərrəmov məlumat verib.

H,Cavid prospektindən başlayan yürüşdə 350 nəfərdən çox Gürcüstan vətəndaşı olan GTK, GAMA və BGTİ üzvü, həmcinin GTK, GAMA, və BGTİ rəhbər heyəti iştirak edib. Yürüş başlanan an Gürcüstan Türkləri Konfederasiyasının prezidenti Daşqın Gülməmmədov Borçalıdan gəlmiş Qarapapaq Türkləri qarşısında çıxış edərək qeyd edib ki: “1990-cı il 20 yanvarda canını və qanını Azərbaycan Respublikasının azadlığı uğrunda fəda etmiş şəhidləri biz heç zaman unutmayacağıq. Borçalı qara gündə də, ağ gündə də Azərbaycan Respublikasının yanındadır, bir cəbhədədir.” 12.00 da başlayan Yürüşdə GTK ,GAMA və BGTİ üzvləri Azərbaycan Respublikasının, Tükiyə Cmhuriyyətinin, Kuzey Kıprız Türk Cümhuriyyətinin və Gürcüstanın Dövlət Bayraqlarını, Qarapapaq Türklərinin milli bayrağını qaldırıblar. Bayraqlara görə Gürcüstan Türkləri Konfederasiyası nümayəndələri ilə polis arasında mübahisə yaranıb. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları olan polis zabitləri GTK rəhbərliyindən bütün bayraqları yığışdırmağı tələb ediblər. Qarışdurma yaranmaması əsas götürülərək bayraqlar yığışdırılıb və yalnız Azərbaycan Respublikasının dövlət bayrağı saxlanılıb.

Daha sonra Yürüş iştirakçıları Hş.Cavid prospektindən başlayaraq, Parlament prospektindən keçməklə Şəhidlər Xiyabanına gəliblər. 20 yanvar Şəhidləri və 1918-ci il mart soyqırımı qurbanlarının məzarları ziyarət edilib, qərəfillər düzülüb və Şəhidlərin ruhuna Fatihə duası oxunub. Daha sonra Qarapapaq türkləri Şəhidlər Xiyabanındakı Türk əsgərinin məzarını ziyarət ediblər. Gürcüstan Türkləri Konfederasiyası Təşkilat Departamentinin Bakıda təşkil etdiyi ziyarət yürşündə Gürcüstan Türkləri Konfederasiyasının (GTK) prezidenti Daşqın Gülməmmədov, 1-ci Vitse-prezidenti İsrail Məhərrəmov, Baş katibi Məhərrəm Ayvazov, Ali Şura Sədrinin müavini Məşdəi Atif Mustafayev, Ali Şura üzvləri Albert Məmmədov. Arzuman Əliyev, Türk dünyası ilə əlaqələr üzrə katibi Firuzə İsmayıl, Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının (GAMA) prezidenti Elmar Həsənov, Baş katibi Sərdar Əliyev, Borçalı Gənc Türklər İttifaqının (BGTİ) Sədri Elçin Hüseynov, Gürsütan Türk Qadınlar Komitəsinin (GTQK) Sədri Mehriban Nəsibova və Gürcüstan Qarapapaq Türkləri Birliyinin (GQTB) Sədri Fərhad Xudiyev iştirak ediblər.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az