”Bu, Azərbaycanın dünyada tanıdılması nöqteyi - nəzərindən böyük uğurdur”
""Qarabağ”, ”Qəbələ”, ”İnter” futbol klublarını təbrik edirəm”
”Avropanın məşhur futbol klubları Azərbaycana gələcəklər”
Vətəninfo.az xəbər verir ki, bunu Azərbaycan Kikboksinq Federasiyasının prezidenti,
millət vəkili Adil Əliyev facebook səhifəsində üç komandanın növbəti
mərhələyə keçməsi ilə bağlı fikirlərini yazarkən bildirib:
"Bu
gün klublarımızın uğurları nəticəsində Avropanın məşhur futbol klubları
Azərbaycana gələcəklər. Nəzərdən qaçırmamalıyıq ki, futbol dünyada ən
çox azarkeş kütləsinin izlədiyi idman növü olduğu üçün, qələbələrin
ölkəmiz üçün önəmi böyükdür. Əsasən Avropanın nüfuzlu media orqanlarının
diqqəti ölkəmizə yönələcək”.