Bu ərazi də Azərbaycanın nəzarətinə keçəcək - Ermənilər yeni yol çəkəcək
İmzalanan sənəd əslində Ermənistanın Gorus-David Bek yolunun 21 kilometrinin Azərbaycana verilməsinə aiddir.
Miq.Az xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan "Qraparak” qəzeti bu ölkədə ciddi müzakirə olunan Gorus-Devid Bek yolu haqqında araşdırmasında yazıb.
Qəzet vurğulayıb ki, imzalanan sənəddən birbaşa bəhs edilmir, lakin ikitərəfli razılığa əsasən yolun bu hissəsi təxminən üç illik Ermənistan və Azərbaycan tərəfindən istismar edilməlidir. Yolun təhlükəsiz işləməsini isə Rusiya sülhməramlıları təmin etməlidir. Üç il müddətinə Ermənistan tərəfi öz ərazisindən keçid yolu çəkməli, bundan sonra 21 kilometrlik yol tamamilə Azərbaycanın nəzarətinə keçməlidir.
Erməni qəzeti bildirir ki, belə bir razılaşma Ermənistan baş naziri və müdafiə nazirinin birbaşa iştirakı ilə əldə olunub. Məqalədə Müdafiə naziri Vaqarşak Arutyunyanın Azərbaycanın tələblərinin yerinə yetirilməsinin tərəfdarı olduğu, heç bir müqavimət göstərmədiyi qeyd olunur və iddia edilir ki, belə mövqe Rusiya tərəfini təəccübləndirir.
Miq.Az