Bu gün Azərbaycanda Aşura günüdür

Bu gün Azərbaycanda Aşura günüdür

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fitvasına əsasən, məhərrəm ayının 10-u - Aşura günü oktyabrın 12-nə təsadüf edir.
 
Fitvada qeyd olunub ki, Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir.
 
O da bildirilir ki, son illər təziyə günlərində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən qanvermə aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir və bu humanist ənənə davam etdiriləcək.
 
Xatırladaq ki, məhərrəm ayı oktyabrın 3-də başlayıb.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az