Azərbaycanın hərbi helikopterləri cəbhə üzərində uçuşlar həyata keçiriblər
Yerli sakinlərin "AzeriDefence”yə verdiyi məlumatına görə, döyüş
helikopterlərimiz cəbhə xətti yaxınlığında qrup halında ərazilərin
üzərində uçuşlar həyata keçiriblər.
Müdafiə Nazirliyinin mətbuat xidməti "AzeriDefence”nin sorğusuna cavab olaraq faktı təsdiqləyib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, döyüş hazırlığı planına
əsasən, Azərbaycanın Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri
mütəmadi olaraq planlı şəkildə cəbhəboyu uçuşlar həyata keçirir.