
Bilirsiniz ki, 9-cu sinif üzrə buraxılış imtahanları 1 mərhələdə keçiriləcək. Bu ildən etibarən ümumi orta təhsil səviyyəsi üzrə buraxılış və orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu imtahanlarının bir mərhələdə keçirilməsi nəzərdə tutulur (DİM tərəfindən hazırlanmış bu dəyişiklikləri nəzərdə tutan və aidiyyəti dövlət orqanları ilə razılaşdırılmış Nazirlər Kabinetinin qərar layihələri hazırda Nazirlər Kabinetində baxılmaqdadır).
Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq həm buraxılış, həm də qəbul imtahanı çərçivəsində keçirilən Azərbaycan dili (dövlət dili kimi) fənni imtahanında şagirdlərə (abituriyentlərə) audio mətn təqdim olunmayacaq, yalnız test tapşırıqları təqdim olunacaqdır. Buna görə də Azərbaycan dili (dövlət dili kimi) fənni imtahanının qanunvericilikdə nəzərdə tutulduğu kimi 1 saat 30 dəqiqə deyil, 45 dəqiqə keçirilməsi nəzərdə tutulur.
Bunları artıq elan etmişik. İmtahan modelini də "Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim etmişik. Ancaq biz Təhsil Nazirliyi ilə birgə imtahanının strukturunu yenə də müzakirə edəcəyik və ola bilsin ki, açıq sualların təqdim edilmə forması daha da sadələşdirilsin.
Ali təhsil müəssisələrinə qəbul imtahanı proqramları da sadələşdirilib. Təhsil Nazirliyi ilə birgə müzakirələr aparılıb və hazırkı təlim-tədris prosesi əlaqədar mənimsənilməsi çətin olan mövzular müəyyənləşdirilərək proqramlardan çıxarılıbş
"Keçən il dövlət sifarişli plan yerlərinin sayı artmışdı. İndi heç bir fikir söyləyə bilmərik" - deyə, Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.
DİM sədri qeyd edib ki, plan yerlərini Nazirlər Kabineti təsdiqləyir: "Biz yalnız təkliflərimizi veririk. Qeyd edim ki, 2019-cu ildə 41 693 nəfər ali məktəbə qəbul olmuşdu. Bu da o deməkdir ki, həmin plan yerləri 87% dolmuşdu. Qəbul olanların arasında 7% subbakalavr idi. 2020-ci ilin plan yerləri artırılıb. Dövlət sifarişli yerləri də artmışdı. Həmin il 41 748 nəfər ali məktəbə qəbul olmuşdu. 86 % plan yerləri dolmuşdu. Qəbul olunanlar arasında 10 % subbakalavr təşkil edirdi. 2019-cu il 3 515 subbakalavr,
2020-ci ildə isə 5 179 subbakalavr ali məktəbə qəbul olmuşdu. Bu da o deməkdir ki, ildən-ilə subbakalavrların ali məktəblərə qəbul faizi artacaq”.
Tarixlər aşağıdakı kimidir:
| 2021-ci il aprel-sentyabr aylarında keçirilməsi planlaşdırılan imtahanlar | |
| 1. Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları;2. Əvvəlki illərin məzunlarının ali məktəblərə qəbul imtahanı (1-ci mərhələ);3. Dövlət qulluğuna qəbul imtahanın test mərhələsi. | Aprel ayı ərzində |
| GRE | 02.04.2021 |
| 1. Ali təhsil müəssisələrinə qəbul imtahanı (1-ci şans); 2. Tədrisi Azərbaycan dilindən fərqli dildə aparan ümumtəhsil məktəblərinin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı (1-ci şans); 3. Dövlət qulluğuna qəbul imtahanın test mərhələsi 4. Rezidenturaya qəbul imtahanı (1-ci mərhələ, 1-ci şans) |
May ayı ərzində |
| GRE | 03.05.2021 |
| SAT | 08.05.2021 |
| Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı | May-iyun ayları ərzində |
| 1. Əvvəlki il məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsindən kolleclərə qəbul imtahanı2. Magistratura səviyyəsinə qəbul imtahanı (2-ci şans) 3. Tədrisi Azərbaycan dilindən fərqli dildə aparan ümumtəhsil məktəblərinin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı (2-ci şans) 4. Dövlət qulluğuna qəbul imtahanın test mərhələsi |
İyun ayı ərzində |
| GRE | 04.06.2021 |
| SAT | 05.06.2021 |
| 1. Dövlət qulluğuna qəbul imtahanın test mərhələsi2. Ali məktəblərə qəbul imtahanı (2-ci şans) | İyul ayı ərzində |
| 1. Dövlət qulluğuna qəbul imtahanın test mərhələsi2. Rezidenturaya qəbul imtahanı (1-ci mərhələ, 2-ci şans) | Avqust ayı ərzində |
| 1. Buraxılış imtahanı (payız, təkrar) 2. Dövlət qulluğuna qəbul imtahanın test mərhələsi3 . Rezidenturaya qəbul imtahanı (2-ci mərhələ) |
Sentyabr ayı ərzində |
| ACCA(İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) | Hər həftənin II günləri (10:00–13:30) və IV günləri (10:00-18:00) |
| PTE Academic | Hər həftənin II günləri (14:00-17:00) |
| Pearson VUE-nun ixtisaslaşma imtahanları | Hər həftənin I günləri (08:30–13:30, günorta növbəsi: 14:00-17:00) |
| ТРКИRus dili xarici dil kimi testi | Hər həftənin V günləri (11:00-17:00), eləcə də onlayn qaydada hər həftənin VI günləri (11:00-17:00) |
| ICDLBeynəlxalq Kompüter İşlətmə Lisenziyas | |