Bakının iki böyük prospektini, Babək və Nobel prospektlərini birləşdirən Nəcəfqulu Rəfiyev küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq burda nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Vətəninfo.az APA-ya istinadla xəbər verir ki, "Azəryolservis” ASC-dən "APA-Economics”ə verilən məlumata görə, nəqliyyatın hərəkətinin hissə-hissə məhdudlaşdırılması küçənin asfalt-beton örtüyünün yenilənməsi işləri ilə əlaqədardır və avqustun 13-14-də həyata keçiriləcək.
Göstərilən müddət ərzində sürücülərdən alternativ olaraq digər küçələrdən istifadə etmələri tövsiyə olunur.
Qeyd edək ki, uzunluğu 1070, ortalama eni 16 metr olan küçədə yeni asfalt-beton örtüyünün döşənməsi üçün kommunikasiya xətləri çəkilib xəndəklər artıq bərpa olunub, köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsilə qaşınaraq, ərazidən daşınıb. Ümumilikdə küçənin 19 500 kvadrat metr sahəsinə yeni asflat-beton örtüyünün döşənməsi planlaşdırılır.
Bundan başqa Nəcəfqulu Rəfiyev küçəsində köhnə səki daşlarının yenisi ilə əvəzlənməsi işləri də aparılıb. Təqribən küçəyə 2 200 paqon-metr yeni səki daşı düzülüb. Təmir işləri zamanı zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulub, yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdirilib.
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT