Bu yağdan istifadə edənlərin – NƏZƏRİNƏ

Bu yağdan istifadə edənlərin – NƏZƏRİNƏ
"Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) "Kubanskaya semeçka” yağının ekspertizasını keçirib.

Miq.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qurumun sədri Eyyub Hüseynovun sözlərinə görə, buna səbəb istehlakçılardan daxil olan telefon zəngləri və AİİB-ə ərizə ilə müraciət etmiş Bakı şəhəri sakini S.Məmmədovanın şikayət ərizəsidir. Vətəndaşların qaldırdığı məsələyə aydınlıq gətirmək üçün marketlərdə satılan 1 litrlik "Kubanskaya semeçka” bitki yağının akkreditasiya olunmuş laboratoriyada laborator müayinəsini aparılıb.

Məqsəd bu yağların həqiqətən etiketində yazıldığı kimi "qarğıdalı yağı” olub-olmamasını müəyyən etmək olub.

Laboratoriya müayinələri bitki yağlarına məxsus yağ turşularının, xüsusən də qarğıdalı yağını xarakterizə edən C16:0 palmitin yağ turşusunun kütlə payının araşdırılmasına yönəlib və məlum olub ki, istehlakçıların narazılığı səbəbsiz deyil. "Kubanskaya semeçka” bitki yağının qarğıdalı yağı olmadığı müəyyən olunub.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az