Ötən gecə Ələt-Astara avtomobil yolunun 72-ci kilometrliyində, Mil-Muğan kollektorunun üzərində yerləşən avtomobil körpüsü normadan artıq yüklənmiş ağır tonnajlı maşının keçidindən sonra qəzalı vəziyyətə düşüb.
Virtualaz.org saytının Şirvan bürosunun müxbiri xəbər verir ki, qəza nəticəsində 90 metr uzunluğu olan körpünün hərəkət zolaqlarından biri təmirə dayandırılıb. Bu üzdən avtomobillərin hərəkətində məhdudiyyətlər yaranıb. Körpünün sıradan çıxmış 4 tirinin bərpasına isə 10 günə yaxın vaxt lazım olacağı bildirilir.
Bərpa işlərini Azərbaycanda ən böyük körpü inşaatçısı olan “EVROSCON” şirkəti həyata keçirəcək. Artıq şirkətin mütəxəssisləri hadisə yerinə gələrək “Azəryolservis” ASC-nin nümayəndələri ilə birgə qəzalı vəziyyətə düşmüş körpüyə baxış keçiriblər. Qəzanın nəticələrinin qısa müddətdə aradan qaldırılması üçün müvafiq rəy hazırlanıb.
Qeyd edək ki, hazırda yeni çəkilən Ələt-Astara avtomobil yolunun tikintisini və həmin yolun üzərində inşası başa çatdırılmaqda olan körpünün tikintisini də “EVROSCON” şirkəti həyata keçirir.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?