Bulvardan 65 metrlik yaxta oğurlanıb

Bulvardan 65 metrlik yaxta oğurlanıb
Bakı bulvarından yaxta oğurlanıb. Vətəninfo.az LLent.az-a istinadən məlumat verir ki, polisə müraciət edən 1967-ci il təvəllüdlü Abdullayev Füzuli Daşdəmir oğlu Yaxt Klubda saxladığı katerinin naməlum şəraitdə yoxa çıxdığını bildirib. Şikayətçi qeyd edib ki, katerinin uzunluğu 65 metrə yaxındır və bu gəmi onun şəxsi mülkiyyətində olub. Həmçinin o da qeyd edilib ki, yaxta 2006-cı ilin iyun ayından Yaxt klubun ərazisində müqaviləsiz əsaslarla saxlanırmış. 

F.Abdullayev şəxsi gəzinti gəmisinin tapılmasını xahiş edib.

Qeyd edək ki, F.Abdullayev biznesmendir. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az