AİHM-də Doğu Pərinçəkin iddiası ilə bağlı məhkəmə keçirildi
Vətəninfo.az xəbər verir ki, İşçi Partiyası sədri Doğu Pərinçəkin ““erməni soyqırımı imperialistlərin bir yalanıdır” fikrinə görə, İsveçrədə məhkəmə tərəfindən cəzalandırılmasını qəbul etməyərək Avropa İnsan Haqları Məhkəməsinə şikayət edib. Edilən şikayətlə bağlı bu gün Strazburqda AİHM-nin böyük dairəsində məhkəmə ilkin iclasın keçiirb.
Məlumata görə, Pərinçək məhkəmədə müdafiə çıxışına "Məhkəməyə inanıram” deyərə başlayıb və AB-ni tənqid edib.

Məlumata görə, Doğu Pərinçəkin iddiası üzrə keçrilən məhkəmədə Ermənistan tərəfindən daxil edilən hüqquqşünaslıarın tərkibindəki Amal Alamuddin Clooney isə "1920-ci ildə Osmanlı Sevr müqaviləsinnə əsasən qətliyamların səbəbkarlarının məhkəmə qarşısına çıxarılacağını”-bilirib.
Məlumata görə, AİHM-nin Böyük Dairəsi Doğu Pərinçəkin irəli sürdüyü iddia ilə bağlı mövqeini yaxın zamanlarda açıqlayacağı ilə bağlı məhkəmənin başqa bir vaxta keçirilməsi qərarı verib.
Keçirilən məhkəmədən sonra, Pərinçək “"Bundan sonra kimsə bizi əsassız soyqırım iddiaları ilə ittiham edə bilməz”-deyib.
Qeyd edək ki, İşçi Partiyası lideri Doğu Pərinçək 2005-ci ildə İsveçrədə keçirdiyi konfransda “ erməni soyqırımı iddiaları imperialist qüvvələrin bir yalanıdır”-demişdi. Onun bu açıqlamasından sonra İsveçrə məhkəməsi “irqçi ayrıseçkilik” saldığını iddia edərək Doğu Pərinçəyi azadlıqdan məhrum etmişdi. Amma AİHM-si “ifadə azadlığı”nın boğulması kimi qiymətləndirərək İsveçrə məhkəməsinin qərarın ləğv eləmişdi.
Doğu Pərinçəkdə İsveçrə məhkəməsinin qərarının tamamilə ləğvi ilə bağlı AİHM-nə müraciət etmişdi.
Vətəninfo.az