“Buşun üzündən Yaxın Şərq məhv olur”

“Buşun üzündən Yaxın Şərq məhv olur”
ABŞ-ın keçmiş prezidenti Corc Buşun siyasəti Yaxın Şərqdə indiki qeyri-stabilliyə səbəb olub.
 
Axar.az xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində ABŞ prezidentliyinə Demokratlar Partiyasından olan keçmiş namizəd Berni Sanders paylaşıb.
 
Onun sözlərinə görə, məhz ABŞ-ın İraqa müdaxiləsi dünyanı indiki vəziyyətə salıb.
 
Qeyd edək ki, prezident Buşun dövründə ABŞ İraqa daxil olub. Nəticədə İraq prezidenti Səddam Hüseyn devrilib və edam olunub. Məhz həmin dövrdən bu yana İraqda hələ də sabitlik bərpa oluna bilmir və ölkə parçalanmanın astanasındadır. 

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az