“Bəşəriyyət tarixində din o zaman radikalizm və ekstremizm çalarları qazanır ki, din birbaşa siyasətə qarışır. Dövlət teokratik hakimiyyət forması alır. Din vicdan azadlığı və mənəvi məfhum kimi qalsaydı, insanlar din pərdəsi altında bir-biri ilə mübarizə etməzdilər”.
Vətəninfo.az APA-ya istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Zorakı ekstremizmə qarşı mübarizə: plüralizm təşviqində və müştərək rifah halının yüksəldilməsində dini liderlərin rolu” mövzulu plenar iclasda çıxışı zamanı deyib.
Komitə sədri bildirib ki, bu gün yalnız din pərdəsi altında deyil, eyni zamanda ayrı-ayrı dinlərin öz içərisində də mübarizə gedir. Onun fikrincə, dini maarifçiliyə, təhsilə diqqət yetirilməlidir. Cahillik, savadsızlıq olan yerdə mütləq radikalizm və bunun fəsadları özünü büruzə verir.
M. Qurbanlı vurğulayıb ki, bu gün Azərbaycan dini tolerant ölkə kimi nümunə olacaq səviyyədədir. Onun sözlərinə görə, ölkədə dini cərəyanların ayrı-ayrı qolları sərbəst şəkildə fəaliyyət göstərir: “Dövlətlər də dinə münasibətdə ayrı-seçkilik salmamalıdır. Bizim dövlətimiz hər il büdcədən müxtəlif dini icmalara köməklik göstərir. Azərbaycanda əhalinin 96%-i müsəlmandır, yalnız 4%-i müxtəlif dinlərin nümayəndələridir. Buna baxmayaraq, bütün dinlər üçün ölkədə lazımi şərait yaradılıb”.
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər