Canlı bombaların şəxsiyyəti müəyyən olundu - Son dəqiqə

Canlı bombaların şəxsiyyəti müəyyən olundu - Son dəqiqə
Bir neçə gün bundan əvvəl Türkiyənin paytaxtı Ankarada 97 nəfərin ölümünə, 200-dən çox insanın yaralanmasına səbəb olan partlayışı törədənlərin şəxsiyyəti müəyyən olunub. 
Vətəninfo.az Avropa.info-ya istinadən xəbər verir ki, CNN Türk-ün Ankara bölgə müxbiri Hande Fırat aparılan araşdırmalar nəticəsində Ankaranı qana bulayan partlayışı törədənlərin şəxsiyyətlərinin müəyyən olunduğunu bildirib. 
O həmçinin polisin şəxsiyyətləri müəyyən olunan iki nəfərin adını hələ ki, açıqlamadığını söyləyib. 
Polisin cinayətkarların adlarını açıqlamamasının səbəbi isə bu şəxslərin əlaqələrinin, kimlərlə görüşdüyünün və telefon danışıqlarının araşdırılmasıdır. 
Polis adları müəyyən olunan iki canlı bombanın təlimatı haradan aldığını da tapmağa çalışır.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az