Cəbhədə vəziyyət gərginləşdi- Yenə pulemyot səsləri

Cəbhədə vəziyyət gərginləşdi- Yenə pulemyot səsləri

Cəbhədə atəş səsləri bir neçə gün öncə ilə müqayisədə artıb.
 
Müdafiə Nazirliyindən Miq.az-a verilən məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 32 dəfə pozublar.
 
Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Yusicanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Aprel döyüşlərindən sonra - may ayının 16-da Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyanın Vyanada görüşü baş tutub. Vyanada keçirilən görüşdən sonra təmas xəttində vəziyyət daha öncəki vaxtlara nisbətən görülməmiş dərəcədə dəyişib desək, yanılmarıq. Belə ki, xüsusilə aprel döyüşlərindən sonra erməni tərəfi atəşkəs rejimini müntəzəm olaraq iriçaplı pulemyotlar və minaatanlardan pozurdu. Lakin son bir neçə həftə ərzində atəşkəsin pozulması halları əhəmiyyətli dərəcədə azalıb. 

Belə ki, görüşdən öncə 100 dəfədən çox atəş səsləri eşidilsə də, son günlərdə 10-20 dəfə atəşkəs pozulub. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az