“Cəbrayıl” və “Qubadlı” gəmiləri istismara verildi

“Cəbrayıl” və “Qubadlı” gəmiləri istismara verildi
Mayın 31-də Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanmasının "Cəbrayıl” və "Qubadlı” yeni təchizat gəmilərinin istismara verilməsi mərasimi keçirilib.
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev "Qubadlı” və "Cəbrayıl” təchizat gəmilərinin texniki göstəriciləri, təyinatı barədə dövlətimizin başçısına məlumat verdilər.
 
Bildirildi ki, hər iki gəmi SOCAR-ın dəniz obyektlərinə xidmət edən köhnə gəmiləri əvəzləyəcək. Gəmilərdən biri SOCAR-a məxsus "28 May”, digəri isə "Ümid” yatağındakı platformalara xidmət göstərəcək.








İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az