Cəlil Cavanşir başını döyəndə nə olacaq?

Cəlil Cavanşir başını döyəndə nə olacaq?

Ya da Qismətə olar, Cəlilə yox? 

Oktay

Rəşad müəllim AYB sədrinin səlahiyyətli nümayəndəsi qismində iştirak edir. Hansı formada? Deyir, başını daşa döyür. Anar müəllimin kəramətinin hesabına AYB ayaqda dayanır. Anar olmasa AYB heç nədir. Hə, ola bilər, hətta ola bilər də elədi ki, var, Anar yazıçı kimi böyük yazıçıdı və Anar hərtərəfli böyük şəxsiyyətdir. Hətta, güclü ziyalı mövqeyinə sahibdir ki, səsi Abant toplantılarından gəlir. Həzərat, bu Abnant toplantılarının düzü bizim birbaşa olmasa da, dolayısı ilə dəxli var, amma mən qətiyyən sizin beyninizi bu məsələ ilə bağlı yormayacağam. Bəli, indi balaca uşağa da sualla müraciət etsək,birmənalı şəkildə bizə cavab verəcək ki, bəli, Anar bu həcvi yazmaqla çox böyük səhv edib. Gərək, yazmayaydı. Yaxşı, deyək ki, yazdı, çox hörmətli “525 – cio qəzet”in baş redaktoru Rəşad Məcid bu həcvi niyə çap eləyirdi? Aha, dayanın!.. Stop! Bircə dəqiqə, sükut!... bax, diqqətlərinizi bir məqama yönəldirəm. Cəlil Cavanşirə qarşı aqressiv cavab verməsinin kökündə bəlkə elə bu dayanır? Deyək ki, bu belədir və aqressiv danışığın kökündə bu dayanır ki, çox hörmətli Rəşad müəllim istəmir ki, kimsə gəlib diqqətlə bir məqamın üstündə dayansın ki, niyə bu həcv məhz “525 – ci qəzet”də çap olunub? Və niyə Seymur Baycanın təhqir edilən həcvdən dərhal sonra bütün diqqətlər Seymur Baycanın və Rəşad Məcidin üzərinə yönəlib? Və bir məqam da daha var: Seymur Baycanın verdiyi açıqlama: “Anarı Seymur Baycan o günə saldı”(http://qafqazinfo.az/%E2%80%9CANARI_BU_G%C3%9CN%C6%8F_R%C6%8F%C5%9EAD_M%C6%8FCID_SALDI...%E2%80%9D___CAVAB-16213-xeber.html Bu açıqlama da çox şeylərdən xəbər verir. Xəbər verir ki, xoruzun quyruğu hardan görünür birinci. Və əslində bu polemika adlandıra bilməyəciyim bəsit haqq – hesab bir şeyin də SOS siqnallarını verirdi: Azərbaycan ədəbiyyatı hələ də regionallaşmadan, qəbilələşmədən hələ də xilas ola bilməyib. Nəinki, ola bilməyib, əksinə daha da saplanıb gedib. Nə əlaqəsi var, deməyin, bəylər, bir anlıq Rəşad bəyin adının hallandığı Vahid Qazinin kitabının önsözü məsələsinin bu məsələyə dəxli olub olmadığını düşünün. Ciddi – cəhdlə düşündüyünüz zaman görəcəksiniz, bütün hadisələr bir – biri ilə sıx surətdə bağlıdır. Hətta, Seymur Baycan - Rəşad Məcid qarşıdurması da bunun tərkib hissəsidir. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az