Cəlilabadda insident: Polis xəbərdarlıq atəşi açdı

Cəlilabadda insident: Polis xəbərdarlıq atəşi açdı
Cəlilabad Rayon Polis Şöbəsinin qarşısında insident olub.

"Report”un məlumatına görə, rayon sakinləri - 27 yaşlı Anar Əmirov və 26 yaşlı İlkin Qurbanov şöbənin yaxınlığında polis əməkdaşları ilə mübahisə edib.
Mübahisə zamanı həmin şəxslər polisləri təhqir edərək onların üzərinə bıçaqla hücum ediblər. Bu zaman polis əməkdaşlarından biri xidməti silahdan havaya atəş açmaq məcburiyyətində qalıb. Bundan sonra A.Əmirov və İ.Qurbanov saxlanılaraq polis şöbəsinə aparılıb.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az