kənd sakinləri İlqar Mirzəyevin əlindən cana doyublar
Bu gün “Vətəninfo.az”ın redaksiyasına Cəlilabad rayon Şabanlı kəndinin bir qrup sakini Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi İlqar Mirzəyevdən şikayət məktubu daxil olub. Onun əlindən zinhara gələn kənd sakinləri məktubda yazırlar ki, İlqar Mirzəyev kənddə hegomonlq edir: “O, kənd cammaatının haqqını yeyir, sakinləri müxtəlif üsullarla qorxudaraq, onlara təzyiq göstərir. Qardaşları kəndin içərisində soyuq silah gəzdirir və əhalini əsarət altında saxlayırlar. Hətta onlar kənd qızlarının birinin toyunda kənddə havaya yaylım atəşi açdılar. İlqar Mirzəyev isə kənd camaatını Cəlilabad Rayon Dövlət Təhlükəsizlik Komitəsinə çağırtdıraraq qorxuzur”. İ. Mirzəyevin 50 yaşı olduğu qeyd edilən məktubda göstərilir ki, onun ali təhsilli olub-olmadığı haqqında heç kimdə məlumat yoxdur: “Olsa da, bu şəxsin nə vaxt, hansı şəraitdə və harada təhsil alması inandırıcı deyil. İnsanlıq baxımından keyfiyyətcə çox aşağı olan bu adam indiyə kimi xalqın heç bir xeyir – şər məclislərində iştirak etməyib”.
Məktubda diqqəti çəkən bir maraqlı məqam da odur ki, bu şəxsin dövlət əmlakını mənimsədiyinə görə 4 il 6 ay həbsdə olduğu xüsusi vurğulanıb. Həmçinin deyilir ki, o, indi də 2500 nəfərlik əhalisi olan kəndə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndə işləyir. Kənd sakinləri bu amilə diqqət ayıraraq, belə sual qoyurlar ki, görəsən 2500 nəfərlik əhalisi olan bir kənd bu səriştəsiz, camaatın haqqını yeyən adamdan hansı xeyri, tərbiyəni gözləyə bilərlər?
Kənd sakinlərinin iddiasına görə, Mirzəyev İlqar Kərim oğlu uzun müddətdir ki, narkotik ticarəti ilə də məşquldur, bunu qısa zaman içində qeyir müəyyən şəkildə tez –tez dəyişdiriyi maşınları da sübut edir: “Hal-hazırda cənub zonasında narkotik ticarətində yaxından iştirak edir. Onun bir çox bildiyimiz korrupsiya əməlləri də mövcuddur. Məsələn, Ağayev İzahət Yolçu oğlundan 6000 manat alaraq, onu “Aqroservis”ə müdir təyin etdirib. Yaxud, Xankişiyev Vüqardan 5000 manat alaraq Şabanlı kənd orta məktəbinə direktor təyin etdirib. Qənbərov Habildən isə 3000 min manat alaraq özünə müavin təyin edib. İlqar Mirzəyevin yarıtmaz idarəçiliyi ucbatından kənddə korrupsiya tuğyan edir. O, kənd camaatının və məktəbin texniki və təsərrüfat işçlərinin plastik kartlarını alaraq, öz üzərində gəzdirir. Son məlumatlara görə, 200-dən çox şəxsin kartı hələ də ondadır”.
Qeyd olunur ki, məktəbdə texniki işçilərin sayı 18 nəfərdir: “Onlardan 6 nəfəri hər gün məktəbə gəlir, qalanı isə gəlmir. Bu şəxslərin plastik kartlarını məktəb direktoru alıb, özlərinə də 5-10 manat verir. Qalan pullar isə ərazi nümayəndəsinin cibinə gedir. Məsələn, Ağayeva Mahirə Möhübbət qızı Qasımbəyli kənd sakinidir, ancaq Şabanlı kənd orta məktəbində adı gedir. Ona xadimə kimi hər ay bu şəxsə əmək haqqı ayrılır. Halbuki, bu şəxs heç vaxt Qasımbəyli kəndindən Şabanlı kəndinə gəlməyib. Bu xanım həm də İ. Mirzəyevin mühasibinin həyat yoldaşıdır. Məktəb direktoru isə mühasib Ağayevin qardaşı Xankişiyev Vüqar Yolçu oğludur. Buna da şərait imkan yaradan Ərazi nümayəndəsi İlqar Mirzəyevdir. Vəzifəsindən sui-istifadə edərək qohumbazliq idarəçilik sistemi quraraq, özunü orta əsrlərin feodalları kimi aparır. Pullar bankomatlara köçürülən kimi pulları özünəməxsus şəkildə mənimsəyir. Əsasən əkilməyən, yaxud başqa bitkilər üçün əkilən sahələri yazmaqla kartların üstünü hesablayib yazırlar. Torpağa ayrılan yanacaq pulu isə hara yazırlar, bilinmir. Hər adam öz əkdiyinin pulun alır. Əkilməyən yerin pulunu isə İ. Mirzəyev haqsızcasına mənimsəyir”.
Məktubun sonunda qeyd olunur ki, əgər dövlət rəhbərliyi, Respublika Baş Prokurorluğu və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu şəxs haqqında tədbir görməsə, sonu pis hadisələrləı nəticələnə bilər:” Yəni, əhali ayağa qalxaraq üsyana başlaya bilər. Camaat artıq usyana hazirlaşır”.
Rövşən Ziya