Cənnət "Monolit Plaza"da - əməkdaşlarımızın reydi

Cənnət "Monolit Plaza"da - əməkdaşlarımızın reydi

Ölkə prezidentimiz İlham Əliyev cənablarının diqqət və qayğısı sayəsində iş adamlarına, sahibkarlara geniş imkanlar yaradılır. Bu sahədə müvafiq sərəncamlar imzalanır, ölkə başçısı tərəfindən tapşırıqlar verilir. Mədəniyyət və Turizm Nazirliyinin tərkibində olan istirahət mərkəzləri, otellər müasir tələblərə cavab verir, gələn xarici qonaqları razı salaraq onlara dünya, Avropa mətbəxi ilə yanaşı Azərbaycan mətbəxini də təqdim edərək mətbəximizin zənginliyini onlara çatdırırlar.

Azərbaycanımızın səfalı yerlərinə səyahətlər təşkil edilir, tarixi zəngin Azərbaycanımızın qədimliyini təsdiq edən tarixi abidələr qonaqlara nümayiş etdirilərək maarifləndirmə işi aparılır. İstirahət mərkəzləri içərisində seçilən məkanlardan biri də dörd ulduzlu “Monolit Plaza” istirahət mərkəzidir. Mərkəzdə otel, şadlıq sarayı, restoran, konfrans zalı, hovuz, əyləncə mərkəzi, xınayaxdı zalı, açıq havada şənlikləri keçirmək üçün geniş məkan fəaliyyət göstərir.


Yaxın günlərdə Vətəninfo.az öz əməkdaşları ilə bərabər “Monolit Plaza” istirahət mərkəzində reyd apardı. Xarici qonaqlar, dünya miqyaslı idmançıların istirahət etdiyi məkanda diqqətimizi cəlb edən səliqə-səhman, işçilərin ünsiyyət mədəniyyəti və xarici dilləri bilməsi oldu. Güllərin, çiçəklərin əhatəsində keçirilən toy şənliyində iştirak etdik. Həyətdəki hovuzda çimən uşaqları, gəncləri görəndə özümüzü xaricdə hiss etdik. Konfrans zalında isə demək olar ki, müntəzəm nüfuzlu elmi konfranslar, təqdimatlar keçirilir. İstirahət mərkəzinin rəhbərliyinin işə məsuliyyəti güclü nizam-intizamın yaranmasına səbəb olub. Müntəzəm olaraq profilaktik tədbirlər keçirilir, işçilərə müştərilərlə ünsiyyət mədəniyyətindən bəhs edən dərslər aparılır.

“Monolit Plaza” restoranlar şəbəkəsinin icraçı direktoru Qoşqar Məmmədov Vətəninfo.az-a açıqlamasımda bunları söylədi: “Hər bir istirahət məkanı, restoranlar şəbəkəsi insanlara yalnız yüksək səviyyəli xidmət və qulluq göstərməlidir. Biz öz şəxsi mənafeyimizi deyil, məkanımıza təşrif buyuran qonaqların istirahətinin yüksək səviyyədə təşkilini qoruyub saxlamaqadır. Ona görə də bizim istirahər məkanına gələnlərin sayı çoxdur. Onu da qeyd edim ki, bizim şadlıq saraylarında, restoranlarda bayağı mahnılar səslənmir, əsasən klassik əsərlərə müraciət olunur. Muğamlarımız, təsniflərimizlə bərabər rus və xarici estradaya da müraciət olunur. Çalışırıq ki, nümunəvi xidmətimizlə insanların zövqünü oxşayaq. Ölkə prezidentimiz cənab İlham Əliyev, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev müntəzəm olaraq əhalinin istirahətinin səmərəli təşkili üçün, istirahət mərkəzlərinin yüksək səviyyədə tikilib əhaliyə çatdırılması üçün misilsiz işlər görür. Başda istirahət mərkəzimizin rəhbərliyi olmaqla yalnız və yanlız keyfiyyətə xidmət edirik. Çalışırıq ki, insanların bizə olan etimadını doğruldaq. Bu yolda “Monolit Plaza” sükanı möhkəm saxlayır”.


Dünya miqyaslı yarışların iştirakçısı olan əcnəbi idmançılar da bu məkandan razı qaldıqlarını bizə söylədilər. Eyni zamanda şad günlərini məhz “Monolit Plaza” istirahət mərkəzinin şadlıq sarayında keçirən valideynlər və sevən cütlüklər də məmnunluqla yalnız razılıq etdilər.

Reydimizi yekunlaşdırıb redaksiyaya dönürük. Hələ də gözlərimizin önündə cənnəti xatırladan “Monolit Plaza”da yaşadığımız və gördüyümüz xoş anlar canlanır. Əgər kökündə ziyalılıq, şəxsiyyət nümunəsi dayanırsa, deməli cənnət uzaqlarda deyil, elə “Monolit Plaza”dadır. Tezliklə İsmayıllıda yerləşən “Şato Monolit” istirahət mərkəzində reydimizin nəticələrini sizlərə təqdim edəcəyik.

Alim Nəbioğlu

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az